Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2020 07:57
Orqanizmi şlak və toksinlərdən təbii vasitələrlə də təmizləmək mümkündür.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunun üçün "düzgün" meyvə və tərəvəzdən bol yemək yetərlidir.
Diyetoloqların sözlərinə görə, alma orqanizmdən zərərli maddələri tez bir zamanda çıxara bilir. Lakin onları lif və vitaminlərlə zəngin olan qabıqları ilə bərabər yemək lazımdır.
Liflə ağ kələm də zəngindir. Bundan başqa, onun tərkibindəki kükürdü qaraciyər süzgəc kimi istifadə edir.
"Detoks-liderlər"in üçlüyünü baş soğan yekunlaşdırır. O, tərkibindəki aminoturşular sayəsində toksinlərlə effektiv mübarizə aparır.