Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2020 12:08
Bakı Biznes Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və AFFA-nın təşkilatçılığı ilə "AVRO 2020: KOB-lar üçün perspektivlər" mövzusunda tədbir keçirilib.
Qol.az "Report"a istinadən xəbər verir ki, KOBİA-nın İdarə Heyətinin sədri, "Zirə" klubunun fəxri prezidenti Orxan Məmmədov futboldan necə gəlir etməyin mümkünlüyünü müzakirə edəcəklərini bildirib.
O deyib ki, artıq ölkədə bir neçə böyük idman qurğusu var və nüfuzlu beynəlxalq yarışlar keçirilib. O.Məmmədov çempionat qarşılaşmalarının yüksək səviyyədə təşkil olunacağına inam ifadə edib.
Bakıya Türkiyə kimi böyük azarkeş kütləsinə malik yığma ilə birgə çılğınlığı ilə tanınan Uels və çoxlu sayda İsveçrə fanatının gələcəyini söyləyən KOBİA rəhbəri Dənizkənarı Parkda fan-zonaların qurulacağını diqqətə çatdırıb: "Kiçik və orta biznes subyektləri orada ictimai iaşə müəssisələrini UEFA standartlarına uyğun qura və öz məhsullarını təqdim edə bilərlər. Qrup mərhələsinin oyunları 13 - 21 iyunda olacaq. Ümid edirəm ki, fan-zonalar daha tez açılacaq. Eyni zamanda Bakı Olimpiya Stadionu ətrafında da belə imkanlar yaradıla bilər. AFFA-ya çağırışımızı müsbət cavablandırdığı üçün minnətdaram".