Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2020 15:00
"Mən toydan qabaq da, sonra da heç kimə cavabdeh deyiləm. Mən duet ortağım varsa, ona cavabdehlik daşıyıram, bir də kollektivimdəki adamlara"
Sonxeber.net xəbər verir ki, bu sözləri "Hər şey daxil"də əməkdar artist Cavanşir Məmmədov deyib. Verilişin aparıcısı Tarix Əliyev (Tolik) əməkdar artistə "Siz Firuzə xanıma cavabdehsiniz?" sualı ilə müraciət edib. Cavanşir Məmmədov illərdir dəyişməyən duet ortağına "Bəli" deyərək, cavabdeh olduğunu bildirib.
Əməkdar artist musiqiçilərinə də çox ciddi nəzarət etdiyini bildirib:
"Onların telefonu yığılır. Musiqiçilərim əllərini yumağa getsələr də məndən icazə almalıdır. Bəlkə restoranın qapısından çıxanda iki cavan qız çıxır. Birdən ev sahibinin gözünə başqa şey dəyə bilər, birdən ürəyinə başqa şey gələ bilər. Onlara mən məsuliyyət daşıyıram. Ta ki, onlar evlərinə çatana qədər. Çatdı, zəng edir ki, çatmışam. Çünki olub əvvəllər, toydan sonra gedib başqa yerə. Yoldaşı axşam zəng edib ki, Cavanşir müəllim, bu gəlib çıxmayıb axı. Sİz evdəsiniz? Deyirəm evdəyəm. Belə şeylər olubdur. Kollektivimə mən cavabdehlik daşıyıram. Toya gəldi, toy qurtarıb evinə çatana qədər. Gəlir çörək qazanmağa".
Məhəmməd Vaqif