Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2020 15:16
"Ximnasiya və Esqrima"nın baş məşqçisi Dieqo Maradona Argentina çempionatının 20-ci turunda "Rosario Sentral" ilə oyun zamanı şübhəli hərəkəti ilə diqqət çəkib.
Qol.az xəbər verir ki, oyun vaxtı köməkçilərindən biri ona naməlum maddə gətirib. Daha sonra Maradonanın digər köməkçiləri kamera qarşısına keçərək Maradonanın nə etdiyini gizlədiblər.
Baş verənlərin bu cür gizlədilməsi Maradonnın narkotik maddə qəbul etməsi gümanını yaradır.
Qeyd edək ki, sözügedən oyun Maradonanın komandasının məğlubiyyəti ilə başa çatıb – 0:1.