Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2020 16:57
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkilərlə bağlı müraciətlərin poçt tərəfindən qəsdən gecikdilməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, M.Pənahovun MSK-nın iclasında dediyinə görə, bu məlumatların heç bir əsası yoxdur. O qeyd edib ki, MSK müraciətlərə baxan zaman müraciətin poçta verildiyi tarixi əsas götürür: "Ona görə də yayılan iddianın heç bir əsası yoxdur. Kimlərsə bunu hanısa məqsədlər üçün edir".