Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlara protokol tərtib olunub

Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlara protokol tərtib olunub

Tarix: 19 Fevral 2020 21:06

Paytaxtın Nizami rayonu ərazisindəki bir köşkdə və bir marketdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Nizami RPİ əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində bir köşkdə və bir marketdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

Həmin satıcılar - R.Həsənov və Ə.Əliyeva barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.


Etiketlər:  Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlara protokol tərtib olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ