Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2020 11:36
"Beşiktaş" Türkiyə Super Liqasının 23-cü turu çərçivəsində "Trabzonspor"la qarşılaşacaq.
Sonxeber.net komanda.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi bu qarşılaşmaya ciddi itki ilə çıxacaq.
Belə ki, komandanın aparıcı yarımmüdafiəçisi Adem Lyayiç sıradan çıxıb. 28 yaşlı serbiyalı futbolçu xəstəlikdən əziyyət çəkir. O, yüksək temperatur səbəbindən son məşqlərə də qatılmayıb.
"Beşiktaş"da Dorukhan Toköz də uzun müddətdi zədə səbəbindən komandaya kömək etmir.
Qeyd edək ki, "Beşiktaş" - "Trabzonspor" matçı fevralın 22-də keçiriləcək.