Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində smartfonlara tələbat kəskin azalıb

Çində smartfonlara tələbat kəskin azalıb

Tarix: 20 Fevral 2020 16:42

Çində koronavirusa görə smartfonların satışı kəskin azalıb. Xəstəliyin yayılması əksər satış nöqtələrinin bağlanması, müəssisələrin fəaliyyətinin dayandırılması və elektronika avadanlıqlarının tədarükünün pozulması ilə nəticələnib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, Çində bu il yanvarın 24-30-da qeyd edilən Yeni il zamanı smartfonlara tələbat 2019-cu illə müqayisədə 50-60 faiz azalıb.

 

Məlumata görə, satılmayan smartfonların sayı təxminən 60 milyon təşkil edib. Bu həcmin təqribən üçdəbir hissəsi “Huawei” qurğularının payına düşüb. Beləliklə, şirkət koronavirusa görə 2020-ci ilin birinci rübünün yekunları üzrə smartfonların satış həcmində ciddi azalma ilə üzləşə bilər.

 

Analitiklərin proqnozuna görə, bu il xəstəliyin yayılması fonunda dünya smartfonlar bazarının həcminin ötən illə müqayisədə 10 faiz azalması nəticəsində tədarük 1,3 milyard ədəddən aşağı olacaq.

 

Həmçinin koronavirus hazırda formalaşmağa başlayan beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən qurğular seqmentinə ziyan vura bilər. Ekspertlərin fikrincə, cari ildə belə qurğuların tədarükü əvvəlki proqnozun çox olmasına baxmayaraq 200 milyonluq səviyyəni ötə bilməyəcək.

 

Nizam Nuriyev




Etiketlər:  Çində smartfonlara tələbat kəskin azalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ