Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2020 17:21
"Bəziləri hansısa xoşagəlməz hallardan sui-istifadə etməyə çalışır".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov deyib.
M.Pənahov bildirib ki, bütün xoşagəlməz hallar MSK tərəfindən ciddi araşdırılır. MSK sədri vurğulayıb ki, insanlar əlində nə varsa təqdim etməlidir. "Əgər sizdə nəsə material varsa qoyun sosial şəbəkələrə. Ümumilikdə sosial şəbəkələrdə 385 videogörüntü yayılıb. Kiminsə əlində nəsə varsa sosial şəbəkələrə yerləşdirin, Mərkəzi Seçki Komissiyası bütün görüntüləri araşdıacaq".