Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2020 21:26
"Səbail" fevralın 23-də Azərbaycan Premyer Liqasının 18-ci turunda "Sabah"la qarşılaşacaq.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, "dənizçilər"in yeni transferi Hendrik Ekşteyn sabiq klubuna qarşı ilk matçına çıxa bilər.
Cənubi afrikalı yarımmüdafiəçi klubun mətbuat xidmətinə açıqlamasında qarşıdakı görüşlə bağlı qısaca danışıb: "Mən bu oyuna xüsusi münasibət bəsləmirəm. Vacib odur ki, 3 xal qazanaq. Bilirik ki, "Sabah" çətin rəqibdir. Lakin qələbə üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, "Sabah" mövsümün əvvəlində transfertdiyi Ekteynllə qışda yolları ayırıb.