Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Windows daha etibarlıdır, yoxsa macOS?

Windows daha etibarlıdır, yoxsa macOS?

Tarix: 20 Fevral 2020 22:12

Uzun illərdir ki, macOS-un Windows-dan daha etibarlı olduğu düşünülür. Doğrudanmı, bu belədir?

Sonxeber.net ted.az-a istinadən bildirir ki, edilən son araşdırma macOS haqqında təəccüblü həqiqəti ortaya çıxarıb.

Malwarebytes tərəfindən yayımlanan son hesabat Windows-dan fərqli olaraq, MacOS əməliyyat sisteminin təhlükə riski olduğunu açıqlayıb. Mac istifadəçilərinin bu kontekstdə ən çox qarşılaşdıqları məsələ zərərli reklam proqramıdır. İstifadəçilərin biliklərindən başqa hansısa proqramla kompüterə quraşdırılan bu tətbiq, reklamları pop-up formatında göstərərək gəlir əldə etməyə çalışır.

Bu reklam növünün arxa planda işləyərkən şəxsi məlumatları saxladığı da iddia edilir. Beləliklə, ciddi bir təhlükəsizlik zəifliyindən danışmaq olar. Sayı 2019-cu ildə ən yüksək həddə çatan bu zərərli proqram, macOS əməliyyat sistemi üçün əsas təhlükəyə çevrilib.

Windows platformasında təxminən 24 milyon zərərli proqram aşkar edilsə də, MacOS-a gəldikdə bu rəqəm 30 milyonu ötür. MacOS əməliyyat sistemindəki ən çox yayılmış zərərli reklam proqramları bunlardır:  Adware.NewTab, PUP.PCVARK və PUP.MacKeeper


Etiketlər:  Windows daha etibarlıdır yoxsa macOS


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ