Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2019 22:48
"Marsel"in baş məşqçisi Rudi Qarsiya bu mövsümün sonu Fransa klubunu tərk edəcək.
Qol.az-ın məlumatına görə, bu barədə 55 yaşlı mütəxəssis keçirdiyi mətbuat konfransında deyib. O, klub rəhbərliyinə bu qərarını bildirdiyini və istefasının qəbul olunduğunu vurğulayıb.
Qeyd edək ki, R.Qarsiya 2016-cı ildən "Marsel"i çalışdırır.