Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elxan Abdullayev təyinatından danışdı

Elxan Abdullayev təyinatından danışdı

Tarix: 21 Fevral 2020 17:00

“AFFA Məşqçilər Komitəsi ilə baş koordinator mənim namizədliyimi irəli sürdülər, AFFA rəhbərliyi də qəbul etdi. Çalışacağam ki, əlimdən gələni edim”.

Bu sözləri Qol.az-a açıqlamasında U-18 millimizin baş məşqçi Elxan Abdullayev təyinatı ilə bağlı danışarkən deyib.

50 yaşlı mütəxəssis əsas işinin ölkəmizi Millətlər Liqasında təmsil edəcək U-19 millisi üçün komanda qurmaq olduğunu bildirib:

“Futbolda təcrübəm çox olsa da, bu, mənim üçün ilk təcrübədir. Bilirsiniz ki, Millətlər Liqası yeni bir yarışdır. Vaxt çox azdır. Turnir sentyabrda başlayır. Ancaq qısa bir müddətdə nəsə etməliyik. Yalnız irəli baxmalıyıq”.

“Neftçi”nin sabiq baş məşqçisi aşağı yaş qrupları üzrə komandalarımızda işləməyin asan olmadığını da qeyd edib: “Əlbəttə, asan iş yoxdur. Əvvəllər U-18 yox idi. U-17-dən U-19-a keçəndə uşaqlar itib-batırdı. Onlar bir il təcrübəsiz qalırdı. İlk növbədə o uşaqları turnirə hazır etməliyəm. Amma bu turnirdə ilk dəfə iştirak edəcəyik. Ona görə də nə dərəcədə alınacaq bilmirəm. Çaışacağıq ki, öz işimizi yaxşı görək”.

 

 


Etiketlər:  Elxan Abdullayev təyinatından danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ