Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2020 18:21
Əməkdar artist Rəhman Rəhmanovun vəziyyəti ağırlaşıb.
Sonxeber.net yenicag.az-a istinadən xəbər verir ki, aktyor 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
R.Rəhmanov səhhətinin yaxşı olmadığını bildirib:
"Məni dünən ağır vəziyyətdə xəstəxanaya çatdırıblar. Həkimlər hələ dərdimi tapa bilmir. Analizlər götürülüb, müayinələr aparılıb. İlkin diaqnoz olaraq, mədəaltı vəzimdə problem olduğunu deyilib. Ancaq xəstəliyim tam dəqiqləşdirilməyib. Ağrılardan ölürəm. Vəziyyətim yaxşı deyil".