Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2020 20:24
2,5 milyon əhalisi olan Cənubi Koreyanın Tequ şəhərinin meri sakinlərə koronavirusa yoluxmamaq üçün evlərini tərk etməməyə çağırıb.
Sonxeber.net ölkə.az-a istinadən xəbər verir ki, şəhər meri Kvon En Çjin televiziya vasitəsi ilə Tequ şəhər əhalisinə müraciət edib. Belə bir müracitin edilməsinə səbəb isə Tequ şəhərində və ona yaxın yaşayış məntəqələrində bir sutka ərzində daha 35 nəfərin yeni koronavirusa yoluxma halının qeydə alınması olub.
Şəhər meri insanlara hətta qapalı şəraitdə maska daşımağı tövsiyyə edib. Mer eyni zamanda koronavirusun sürətlə yayılmasının qarşıısnın alınması məqsədi ilə Cənubi Koreya hakimiyyətinə də çağırış edib.
Tequ şəhəri Seuldan 300 km cənub-şərqdə yerləşir. Cənubi Koreyada 82 nəfərin koronavirusa yoluxudğu bildirilir.