Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2020 08:50
Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, həftənin ən yaxşısı "Volverhempton"un hücumçusu Dioqo Jota seçilib. 23 yaşlı oyunçu qurumun rəsmi saytında keçirilən səsvermədə Yanis Haci ("Reyncers"), Lusiano Vietto ("Sportinq") və Daiçi Kamada ("Ayntraxt") qabaqlayıb.
Qeyd edək ki, D.Jota Avroliqanın 1/16 final mərhələsində "Espanyol"a 4:0 hesabı ilə qalib gəldikləri oyunda 3 qol vurub.
Xatırladaq ki, "Volverhempton"da millimizin üzvü Renat Dadaşov çıxış edir.