Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Kişidilərsə, mənə zəng etsinlər, arxam belə maraqlıdırsa qoy yazsınlar'' - Mətanət

''Kişidilərsə, mənə zəng etsinlər, arxam belə maraqlıdırsa qoy yazsınlar'' - Mətanət

Tarix: 22 Fevral 2020 14:00

"Bir neçə gündür ki, başımın ətrafında fırlanan quşlardır, şimşəkdir nədir bilmirəm. Həmkarlarıma demək istəyirəm ki, onlar məni yaxşı tanıyır. Əvvəllər bir yerdə çalışmışıq. Əgər həmin kanalda çalışan rəhbərlik öz aparıcılarına nə işlə məşğul olduğunu bildirsə, daha yaxşı olardı".

Bu sözləri axşam.az-a açıqlamasında aparıcı Mətanət Əliverdiyeva İctimai Televiziyanın aparıcıları Azər Aydəmir və Tural Yusifovun sosial şəbəkədə onun haqda yazdığı statuslarla bağlı deyib.

M.Əliverdiyeva bildirib ki, İTV-nin aparıcılarının niyyəti "Fatehin divanı" verilişindəki dinlə bağlı fikirləri unutdurmaqdır:

"Heç vaxt heç kimin işinə qarışmıram. Kiminsə mənimlə problemi varsa, kişidilərsə, mənə zəng etsinlər. Mətanət 18 il otaqda qalmayıb. Azərbaycana səs salıb, yaddaşda qalıb. Adam var ki, bir az görünməyən kimi unudulur, amma Mətanət 18 il unudulmadı. Heç kimin arxasınca yazmazlar. Mənim arxam belə maraqlıdırsa, qoy, yazsınlar. Bu verilişdə baş verənlər bitdi. Kimsə deyirsə ki, psixoloq lazımdırsa, əvvəlcə özlərini göstərsinlər. Hansınız anormalsınızsa, birinci özünüzə əlac qılın. Həmin kanalda nə problem var bilmirəm. Amma əgər aparıcılarının dinlə bağlı fikirlərini ört-basdır edirlərsə, bu, yanlış fikirdir. Ona görə də kanal rəhbərliyindən işçilərinə təpki göstərməyini istəyirəm. İclas etsin görsün onların nə problemi var? Yox, əgər şou istəyirlərsə, buna ehtiyac yoxdur. Hər şənbə məni izləsələr yaxşıdır".


Etiketlər:  Kişidilərsə mənə zəng etsinlər arxam belə maraqlıdırsa yazsınlar Mətanət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ