Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Braziliyada polislərin etiraz aksiyaları davam edir

Braziliyada polislərin etiraz aksiyaları davam edir

Tarix: 22 Fevral 2020 21:34

Braziliyanın şimal-şərqindəki Seara əyalətində 18 fevralda başlayan polislərin etiraz aksiyaları davam edir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, cinayətkarlar aksiyaların yalnız ilk iki günündə 50-dən çox qətl törədiblər.

Braziliya qanunlarına görə təhlükəsizlik qüvvələrinin - hərbi və polisin tətil etmək hüququ yoxdur. Lakin, hüquq-mühafizə orqanlarının əməkdaşları maaşların artırılması ilə bağlı danışıqların nəticəsiz qalmasından sonra bu addımı atmaq qərarına gəliblər.

Bildirilir ki, senator Sid Qomez tətilçilərlə toqquşma zamanı xəsarət alıb. Bundan sonra Seara qubernatoru federal hakimiyətdən əyalətə hərbçiləri göndərməyi istəyib. Bu gün bölgəyə 2500 nəfərdən ibarət hərbi kontingent daxil edilib.


Etiketlər:  Braziliyada polislərin etiraz aksiyaları davam edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ