Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2020 11:30
Kimlərsə şou-biznesə başqa məqsədlərlə gəlir. Bu sahəyə sponsor tapmağa, daha çox qazanmağa və ya ər tapmağa gələn insanlar var. Kiminsə niyyətində yaradıcılıq yoxdursa, o təbii ki, bu sferanı bəyənməyəcək, pisləyəcək.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri bəstəkar-müğənni Murad Arif "Mtv Azərbaycan"a müsahibəsində deyib. İfaçı bu camiyəni "bataqlıq" adlandıranları qınayıb:
"Bir qızın müsahibəsini oxumuşdum ki, ərə getsəydim, bu bataqlıqdan çıxardım. Bura bataqlıq deyil. Mən buradan tamaşaçılara demək istəyirəm ki, ağlı başında olan, yaradıcılığını sevən insan üçün şou-biznes bataqlıq deyil. Bu şeylər insanın niyyətinə bağlıdır!"