Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2020 13:48
"Fənərbağça" klubunun prezidenti Ali Koç "Qalatasaray" derbisindən sonra istefa çağırışlarını eşidib özündən çıxıb.
Sonxeber.net baku.ws-ə istinadla xəbər verir ki, azarkeşlərin kəskin reaksiyasına tab gətirə bilməyən klub prezidenti matçı izlədiyi yerdən aşağı tullanıb.
Məğlubiyyətdən sonra bir qrup azarkeşin rəhbərliyi istefaya dəvət etməsi böyük qalmaqala səbəb olub. "Ali Koç gələcək, cavab verəcək" və "Rəhbərlik istefa" sözləri davanın yaranmasına gətirib çıxarıb.
Azarkeşlərin üzərinə tullanan klub prezidenti əlbəyaxa dava edib. Daha sonra ətrafdakı insanlar davanın qarşısını alıb.
Hadisə yerindən çəkilən görüntüləri təqdim edirik: