Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2020 17:06
Abdullah Avcı AFFA-nın təklifinini qəbul etməyib.
Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, bu barədə "Hürriyət" nəşri məlumat yayıb.
57 yaşlı mütəxəssisin assosiasiyanın təklifini rədd etməsinə səbəb kimi Super Liqada böyük klublardan birində çalışmaq istəyi göstərilib. Son klubu "Beşiktaş" olan Avcı hazırda "Fənərbaxça"nın baş məşqçisi olmağa ən real namizəd göstərilir.
Super Liqanın XXIII turunda "Qalatasaray"a öz meydanında 1:3 hesabı ilə məğlub olan "sarı-lacivərdlilər"də Ersun Yanalın istefaya göndərilməsi və onu
Avcının əvəzləməsi müzakirə mövzusudu. Abdullah Avcının da məhz bu üzdən yığmamızı çalışdırmaq təklifini qəbul etmədiyi vurğulanıb.