Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dövlət Gömrük Komitəsi haqqında Əsasnamədə dəyişiklik edilib

Dövlət Gömrük Komitəsi haqqında Əsasnamədə dəyişiklik edilib

Tarix: 24 Fevral 2020 17:27

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə"yə aşağıdakı məzmunda 3.1.43-3-cü yarımbənd əlavə edilir:

"3.1.43-3. gömrük sərhədini keçən fiziki şəxslər barədə gömrük qanunvericiliyinin pozulmasına dair əməliyyat məlumatı olduqda həmin məlumatları, habelə gömrük qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə son bir il ərzində barəsində inzibati tənbeh tətbiq edilən və ibtidai istintaqı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən aparılan cinayətlərə görə məhkumluğu olan şəxslər barədə məlumatları "Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı"na daxil etmək və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunu dəyişdirmək;".


Etiketlər:  Dövlət Gömrük Komitəsi haqqında Əsasnamədə dəyişiklik edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ