Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2020 07:56
Perunun cənubundakı Arekipa əyalətində iki avtobusun toqquşması nəticəsində ən az 11 nəfər ölüb, 40 nəfər isə yaralanıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə yerli "RPP" radiosu xəbər yayıb.
Qeyd olunub ki, iki avtobus fevralın 24-də Arekipa əyalətindəki Panamericana Sur avtomobil yolunda toqquşub. Qəzada 11 nəfərin öldüyü təsdiq edilib. Onlardan altısı yerində, daha beşi xəstəxanalarda həlak olub. Daha 40 nəfər tibbi yardım göstərilməsi üçün yerli xəstəxanalara yerləşdirilib.
Qəza səbəbinin yüksək sürət olduğu bildirilir.