Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Xiaomi” 100 ən innovativ şirkətlər siyahısına daxil edilib

“Xiaomi” 100 ən innovativ şirkətlər siyahısına daxil edilib

Tarix: 25 Fevral 2020 08:28

"Clarivate Analytics Plc." şirkətinin hesabatına əsasən, "Xiaomi" ikinci dəfə dünyanın 100 ən innovativ şirkətləri siyahısına daxil edilib. Reytinq ən böyük şirkətlərin innovativ potensialı əsasında tərtib edilir.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki,  "Derwent Top 100 Global Innovators 2020" reytinqi 14 ölkənin nümayəndəsi tərəfindən hazırlanır. Bu il sözügedən reytinqə Çinin 3 şirkəti daxil edilib. Mobil qurğu və elektronika sahəsində 38 təşkilat liderlik edir ki, bu da 2019-cu illə müqayisədə daha çoxdur.
 
Xatırladaq ki, ötən il "Xiaomi" şirkəti ilk dəfə "Fortune Future 50" və "Fortune Global 500" reytinqlərinə daxil edilib.
Milli.Az


Etiketlər:  Xiaomi 100 ən innovativ şirkətlər siyahısına daxil edilib


RƏYLƏR