Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Çelsi” “Bavariya” ilə oyuna ciddi itkilərlə çıxacaq

“Çelsi” “Bavariya” ilə oyuna ciddi itkilərlə çıxacaq

Tarix: 25 Fevral 2020 09:52

Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Bavariya" ilə qarşılaşacaq "Çelsi" bu oyuna ciddi itkilərlə çıxacaq.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, son bir həftə ərzində komanda ilə məşqlərə qatılmayan və zədədən əziyyət çəkən Nqolo Kante, Kristian Pulişiç və Kallum Hadson-Odoi Münhen təmsilçisi ilə ilk oyunda iştirak etməyəcək.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Əvəzində Andreas Kristensen, Temmi Abraham və Pedro artıq məşqlərə başlayıb. Onların meydana çıxması hazırlıq səviyyələrindən asılı olacaq.

Londonda keçiriləcək "Çelsi" ilə "Bavariya" arasındakı ilk oyuna bu gecə, saat 00:00-da start veriləcək.

Milli.Az


Etiketlər:  Çelsi Bavariya ilə oyuna ciddi itkilərlə çıxacaq


RƏYLƏR