Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2020 12:06
"Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası və Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin birgə dəstəyi ilə Kiyevin mərkəzi ərazilərində Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib.
Azərbaycanın Ukraynadakı səfirliyindən Sonxeber.net-a bildirilib ki, bilbordların yerləşdirilməsində məqsəd Xocalı soyqırımı haqqında Ukrayna və xarici vətəndaşları məlumatlandırmaq.
Bilbordlar Ukrayna ərazisində bir müddət mövcud olacaq.