Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Azərişıq” ASC gücləndirilmiş rejimə keçdi

“Azərişıq” ASC gücləndirilmiş rejimə keçdi

Tarix: 25 Fevral 2020 14:38

Bir sıra regionlarda başlayan güclü külək səbəbindən "Azərişıq" ASC gücləndirilmiş iş rejiminə keçdi.

ASC-dən Sonxeber.net-a bildirilib ki, "Qərb" Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisinə daxil olan Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarının, "Şimal" RETSİ-nə daxil olan Xaçmaz, Siyəzən və Şabran rayonları ərazisində güclü külək müşahidə edilir.

Baş verə biləcək qəza və kəsintilərin qarşısını almaq üçün "Azərişıq" qabaqlayıcı tədbirlər görür. Hazırda ölkənin heç bir yerində elektrik enerjisi təchizatında problem yoxdur.

"Azərişıq" ASC istehlakçılardan xahiş edir ki, yaranan hər hansı çətinliklə bağlı 24 saat xidmət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar.


Etiketlər:  Azərişıq gücləndirilmiş rejimə keçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ