Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2020 19:56
Şimali Makedoniya Yüksək Liqasının 20-ci turunda keçirilmiş "Makedoniya" - "Pandev Akademiyası" matçında maraqlı hadisə baş verib.
Sonxeber.net sportal.az-a istinadən xəbər verir ki, qonaqların müdafiəçisi Stefan Kostov 66-cı dəqiqədə qırmızı vərəqə alıb. 23 yaşlı futbolçu aut atmağa yollanarkən komanda yoldaşının topu oyuna daxil etdiyini görüb. Bu anda rəqib hücumçu topa yiyələnib.
Kəskin hücumun qarşısını almaq istəyən Kostov əlindəki topla hücumçunun arxasında qaçıb və meydanda olan topa vurub. Bu səbəbdən də hakim makedoniyalı futbolçu qırmızı vərəqə alıb.
90+6-cı dəqiqədə qol buraxan "Pandev Akademiyası" matçdan 0:1 hesablı məğlubiyyətlə ayrılıb.