Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

PlayStation 5 neçəyə olacaq? – Sony-dən ÖNƏMLİ İPUCU

PlayStation 5 neçəyə olacaq? – Sony-dən ÖNƏMLİ İPUCU

Tarix: 25 Fevral 2020 21:44

Yaponiyanın texnologiya nəhəngi Sony maraqla gözlənilən yeni oyun konsolu modeli PlayStation 5-in (PS5) qiyməti haqqında önəmli ipucu verib.

Milli.Az ted.az-a istinadən bildirir ki, ötən aylarda PS5-in 2020-ci ilin sonunda satışa çıxacağı açıqlanan oyun konsolunun qiymətinin nə qədər olacağı maraqla gözlənilir.

Sony-dən verilən məlumatda məhsulun qiyməti haqqında dəqiq rəqəm göstərilməsə də, önəmli ipucu verilib. Belə ki, PS5-in 399 dollardan satışa çıxmasının o qədər də real olmayacağı açıqlanıb.

Başqa sözlə desək, PS5-in 400 dollardan baha olacağı rəsmiləşib.

Qeyd edək ki, RuthenicCookie yeni oyun konsolunun Ryzen 8 Core prosessoru ilə təmin ediləcəyini bildirib. Konsolun xüsusiyyətləri arasında ən çox maraq doğuran TFLOPS göstəricisidir. Analitiklər hesab edirlər ki, PS5in göstəricisi 10 TFLOPS-dan daha yüksək olacaq.

Xbox Scorpio-nun 6, PS4 Pro-nun 4.2 TFLOPS olduğunu nəzərə alsaq, bu, həqiqətən, çox ciddi fərqdir.

Milli.Az


Etiketlər:  PlayStation 5 neçəyə olacaq Sony dən ÖNƏMLİ İPUCU


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ