Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Novıye izvestiya'' qəzeti: ''Əsrin vəhşiliyi: fevralın 26-da Xocalı qətliamının növbəti ildönümüdür''

''Novıye izvestiya'' qəzeti: ''Əsrin vəhşiliyi: fevralın 26-da Xocalı qətliamının növbəti ildönümüdür''

Tarix: 26 Fevral 2020 14:42

Rusiyanın "Novıye izvestiya" qəzetində "Əsrin vəhşiliyi: fevralın 26-da Xocalı qətliamının növbəti ildönümüdür" adlı məqalə dərc olunub.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, İvan Petrovskinin məqaləsində hərbi dövrə heç bir dəlil və istinadların Dağlıq Qarabağda münaqişə zamanı dinc vətəndaşların kütləvi qətlinə haqq qazandırmağa qadir olmadığı qeyd edilir.

Müəllif yazır ki, bəşər tarixində bir xalqın nümayəndələrinin digər xalqın nümayəndələrinə münasibətdə amansız qəddarlığının xeyli kədərli səhifələri mövcuddur. Fevralın 26-da növbəti dəfə ildönümü qeyd edilən Xocalı qətliamı belə səhifələrdən biridir. Bu, şübhəsiz ki, Dağlıq Qarabağda hərbi münaqişənin ən qaranlıq epizodlarından biridir. 1992-ci ildə Azərbaycanın Xocalı şəhərinin yüzlərlə sakini, o cümlədən qadınlar və uşaqlar qətlə yetirilib, yaralanıb, itkin düşüblər.

Məqalədə o müdhiş gecədə baş verən hadisələr barədə ətraflı bəhs edilir. "Bu cür vəhşiliyə heç bir bəraət mövcud deyil və mövcud ola da bilməz", - deyən müəllif əlavə edir ki, bu "döyüşün" "qalibləri" bununla bərabər, dinc əhali arasında itkilərin sayını hər vasitə ilə azaldaraq qara tarixi qeyd etməməyə üstünlük verirlər.


Etiketlər:  Novıye izvestiya qəzeti Əsrin vəhşiliyi fevralın Xocalı qətliamının növbəti ildönümüdür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ