Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2020 19:54
İngiltərə, Şotlandiya və Şimali İrlandiyada yaşı 12-dən aşağı olan uşaqların futbol məşqlərində topa başla vurmasına qadağa qoyulub.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, topa başla vurmaqla demans xəstəliyi arasında əlaqənin olub-olmaması ilə bağlı araşdırmanın yekununa əsasən, bu qərar verilib. 12 ilə 16 yaş arasında oyunçular üçün isə bu qərarın tədricən həyata keçirilməsi nəzərdə tutulduğu vurğulanıb.
Bu qadağaların matçları əhatə etmədiyi bildirilib.
Qeyd edək ki, Şotlandiyada ötən il yayımlanan araşdırmaya görə, futbolçuların digər şəxslərlə müqayisədə beyin xəstəliklərinə bağlı ölüm ehtimalının 3 dəfə yüksək olduğu ortaya çıxmışdı.