Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ən sürətli internet hansı ölkədədir?

Ən sürətli internet hansı ölkədədir?

Tarix: 27 Fevral 2020 07:04

"WebsiteToolTester" şirkəti hesabat dərc edərək ən sürətli internetin olduğu dünya ölkələrinin siyahısını açıqlayıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, reytinqdə birinci yeri Tayvan tutub. Sonrakı yerlərdə isə Sinqapur, La-Manş boğazında yerləşən Cersi adası, İsveç və Danimarka qərarlaşıb.

Həmçinin ilk iyirmiliyə Yaponiya, Lüksemburq, Niderland, İsveçrə, Norveç, Andorra, İspaniya, Belçika, ABŞ, Latviya, Yeni Zelandiya, Estoniya, Honkonq, Macarıstan və Litva daxildir.

207 ölkə arasında 53-cü yeri tutan Rusiya Bolqarıstan, Madaqaskar, Rumıniya, Makao və Barbadosdan geri qalıb.

Hesabata görə, Rusiyada beş giqabayt yaddaş tutumuna malik videonu yükləmək üçün orta hesabla 45 dəqiqə 51 saniyə tələb olunduğu halda reytinqin qalibi Tayvanda bu göstərici 8 dəqiqə 2 saniyə təşkil edir.

Milli.Az


Etiketlər:  Ən sürətli internet hansı ölkədədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ