Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Onların RLS-i” artıq bitdi - FOTO

“Onların RLS-i” artıq bitdi - FOTO

Tarix: 27 Fevral 2020 13:42

Aran Film Yaradıcılıq Mərkəzi "Onların RLS-i" adlı yeni sənədli filmin çəkilişlərini bitirib.

Milli.Az xəbər verir ki, fəaliyyəti dövründə onlarla sənədli, elmi-kütləvi və araşdırma filmləri istehsal edən "Aranfilm" bu dəfə müraciət etdiyi mövzuda Azərbaycanın Qəbələ rayonunda fəaliyyət göstərmiş "Daryal" tipli stasionar radiolokasiya stansiyası olan Qəbələ rayonu ərazisində yerləşən RLS-in həmin ərazilərə, sakinlərinə olan zərərindən bəhs edir.

Artıq çəkilişləri bitmiş ekran əsəri RLS-in Qəbələ rayonunun Soltannuxa kəndi ərazisində inşası, onun bu ərazilərə və həmin ərazilərə yaxın məsafədə yaşayan sakinlərə dəydiyi xeyiri və ziyanı haqqında danışacaq.

Xatırladaq ki, "Onların RLS-i" filminin son hazırlıq işləri aprel ayında tamamlanacaq.

Filmin rejissoru Yeganə Əbdülməmmədova, operatoru Əminə Həsənli, direktoru Nicat Məmmədov, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir.

Milli.Az


Etiketlər:  Onların RLS i artıq bitdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ