Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2020 18:40
Hesab edilir ki, adətən kişilər xanımlara evlilik təklif etməlidir. Ancaq bəzi hallarda bu əksinə də olur.
Sonxeber.net Axşam.az-a istinadən kişilərə evlilik təklifi edən 8 məşhuru təqdim edir:1. Müğənni Meray Kerri
2017-ci ildə rəqqas sevgilisi Brayn Tanakaya evlilik təklifi edib. Brayn Merayın təklifini qəbul etsə də, bir müddət sonra ayrılıblar.
2. Aktrisa Ancelina Coli
2005-ci ildə aktyor Bredd Pittlə münasibətə başlayan Coli, 2014-cü ildə ona evlilik təklifi edib. Ancelina 2016-cı ildə isə boşanmaq üçün məhkəməyə müraciət edib.
3. Müğənni Britni Spirs
2004-cü ildə Kevin Federlayna evlilik təklifi edib.
4. Müğənni Pink
2005-ci ildə motosiklet idman növü ilə məşğul olan Keri Harta evlilik təklifi edib.
5. Aktrisa Elizabet Teylor
7 dəfə ərdə olub. 1952-ci ildə 2-ci həyat yoldaşı Maykl Uayldinqə özü evlilik təklifi edib.
6. Aktrisa Kristen Bell
2009-cu ildə aktyor Deks Şeparda evlilik təklifi edib. Lakin cütlük 2013-cü ildə ailə həyatı qurub.
7. Diana fon Fyustenberq
Dizayner milyarder Barri Dillerin ad günündə ona evlilik təklifi edib.
8. Aktrisa Evelina Bledans
Aktrisa 2010-cu ildə İtaliyada rejissor sevgilisi Aleksandr Semin ilə tətildə olarkən ona evlilik təklifi edib. 2012-ci ildə övladı dünyaya gələn cütük 2017-ci ildə ayrılıb.