Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranla sərhəddə səyyar hospitallar yaradılır - Qərargah

İranla sərhəddə səyyar hospitallar yaradılır - Qərargah

Tarix: 27 Fevral 2020 21:12

Koronavirus təhlükəsinin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, Nazirlər Kabinetinin yanında yaradılmış qərargahdan verilən məlumata görə, qəragahın qəbul etdiyi qərara əsasən İran İslam Respublikası ilə sərhəd-keçid məntəqələrindən Azərbaycan ərazisinə daxil olan şəxslərin ilkin müayinəsini təşkil etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çadırlardan ibarət səyyar hospitalları yaradılır.

İlkin müayinədən keçmiş və xəstəlik müəyyən olunmamış şəxslər heç bir maneə olmadan yollarına davam edə biləcəklər. Xəstəliyin əlamətləri aşkar edildiyi hallarda, həmin şəxslər həkim nəzarəti altında xəstəxanalara göndəriləcəklər.

Azərbaycanda sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdə saxlanılır, əhali bu istiqamətdə görülən işlər barədə müntəzəm qaydada məlumatlandırılacaqdır.


Etiketlər:  İranla sərhəddə səyyar hospitallar yaradılır Qərargah


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ