Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sən danış, Feysbuk ödəniş etsin

Sən danış, Feysbuk ödəniş etsin

Tarix: 27 Fevral 2020 21:16

Feysbuk bəzi istifadəçilərə səs yazılarına görə pul mükafatı təklif edəcək.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, Feysbuk nümayəndələri danışıq tanıma texnologiyasını inkişaf etdirmək üçün istifadəçilərin audiolarından istifadə edəcəklər.

Şirkət istifadəçilərə "Viewpoints" tətbiqində yeni tələffüz proqramı vasitəsilə pul qazanmağa imkan verəcək.

Texnologiyanı sınaqdan keçirmək üçün ABŞ-dan yaşı 18-dən çox olan bir neçə istifadəçi seçiləcək. Onlar hansısa dostunun adını səsləndirərək səs yazmalıdılar. Audionun daxilində "Hey Portal" söz birləşməsinin səsləndirilməsi də tələb olunur.

Qeyd edək ki, Feysbuk səs yazılarının hamısı üçün pul ödəməyəcək. İstifadəçi şəbəkənin tələblərinə cavab verən 20 səs mesajı göndərərsə, "Viewpoints" tətbiqində 200 bal almış olacaq. Nağd pul qazanmaq üçün ən azı 1000 xal toplamaq lazımdır, 1000 xalın qiyməti 5 ABŞ dolları təşkil edir.


Etiketlər:  Sən danış Feysbuk ödəniş etsin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ