Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2020 21:27
Pişik qədər diqqətli və həssas olan ikinci ev heyvanı tapmaq çətindir. Həddindən artıq sərbəst olduğuna görə özünə qarşı xüsusi qulluq tələb etmir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, ev heyvanlarının, xüsusilə pişiklərin özünəməxsus bioenergetikası var. Pişik nə qədər böyük olsa, onun enerji potensialı da o qədər çox olur və sahibinə daha çox kömək edir. Hissiyyatı çox güclü olur, onu əhatə edən canlıların energetik sahələrini və insanların vəziyyətini xırdalığına qədər hiss edir. Ev pişiklərinin əksəriyyəti ailə üzvlərinə kömək etməyə cəhd göstərir, sahibinin ürəyi və ya qarın nahiyəsi ağrıyanda həmin nahiyəyə uzanıb ağrını özünə çəkir. Ehtimal ki, belə vaxtlarda pişik hansısa instinktə uyğun hərəkət edir. Adətən bu, onun özü üçün heç bir təhlükə törətmir.
Ev pişiyi sahibini sakitləşdirir, arterial təzyiqin aşağı düşməsinə səbəb olur. Onun bioenergetikası baş və oynaq ağrılarını azaldır, zədələrin tez sağalmasına kömək edir, daxili orqanların iltihabı xəstəliklərini sağaldır. Müalicəvi təsir pişiyi əllə sığallayarkən da baş verir.
Yeri gəlmişkən, xatırlatmağa dəyər ki, ABŞ-da qəribə hadisə baş verib. Ağır onkoloji xəstənin pişiyi həmişə sahibinin şiş olan yerində oturarmış. Qəribədir ki, pişik özü onkoloji xəstəliyə tutularaq ölüb, sahibi isə sağ qalıb...