Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hakerlər bu dəfə məşhurları hədəf alıb – Castin Biber, Cek Dorsi…

Hakerlər bu dəfə məşhurları hədəf alıb – Castin Biber, Cek Dorsi…

Tarix: 27 Fevral 2020 23:20

Hakerlər MGM Resorts əyləncə şirkətinin 10,6 milyon müştərisinin fərdi məlumatlarını oğurlayıblar.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, zərər çəkənlər sırasına bir neçə yüksək rütbəli məmur, məşhur musiqiçi Castin Biber və Twitter-in yaradıcısı Cek Dorsi də olub.

Oğurlanmış məlumatlarda müştərilən ad, soyad, doğum tarixi, ev ünvanı, telefon nömrəsi, elektron poçt ünvanı, yəni bir sözlə, internetdə rahatlıqla əldə ediləcək məlumatlar olub. Lakin 1,3 min müştərinin şəxsiyyət vəsiqəsini təsdiq edən məlumatlar da ələ keçirilib.

Hadisə ilə bağlı məlumat yayan şirkət nümayəndələri hakerlərin müştərilərə maliyyə ziyanı vurmadığını bildiriblər. Qeyd edək ki, MGM Resorts International əyləncə, qonaqlıq sferasında fəaliyyət göstərən və  ən böyük müştəriyə sahib olan şirkətlərdən biridir.


Etiketlər:  Hakerlər dəfə məşhurları hədəf alıb Castin Biber Dorsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ