Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İspaniya təyyarəsi Barselonada məcburi eniş etdi - Bomba həyəcanı

İspaniya təyyarəsi Barselonada məcburi eniş etdi - Bomba həyəcanı

Tarix: 23 May 2019 19:12

Bakı. Trend:

İspaniyanın “Vueling” aviaşirkətinin təyyarəsi Barselona hava limanında məcburi eniş edib.

Trend-in məlumatına görə, buna səbəb göyərtəyə bomba qoyulması ilə bağlı xəbərdarlıq olub.

Qeyd olunur ki, təyyarə Parisdən İbisa kurortuna uçuş həyata keçirirmiş.

Təyyarə eniş etdikdən sonra sərnişinlər və heyət üzvləri təxliyə olunub vıə təyyarədə axtarış aparılıb.

Xəbərdarlığın əsassız olduğu məlum olub. Hazırda məlumatın mənbəyi ilə bağlı araşdırma aparılır.


Etiketlər:  İspaniya təyyarəsi Barselonada məcburi eniş etdi Bomba həyəcanı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ