Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İdlibdə şəhid olan türk hərbçilərinin sayı 33-ə çatıb - YENİLƏNİB

İdlibdə şəhid olan türk hərbçilərinin sayı 33-ə çatıb - YENİLƏNİB

Tarix: 28 Fevral 2020 08:10

İdlibdə Türk Silahlı Qüvvələrinin şəhid olan əsgərlərinin sayı 33-ə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Hatay valisi Rahmi Doğan bildirib

Daha əvvəl 29 Türk hərbçisinin şəhid olduğu bildirib.

"Həlak olanların sayı 33-ə çatıb. Yaralıların vəziyyəti həkimlərdə narahatlıq doğurmur", - R.Doğan NTV telekanalının efirində deyib.

03:19

İdlibdə Türk Silahlı Qüvvələrinə qarşı törədilmiş hava hücumu nəticəsində şəhid olan türk əsgərlərinin sayı 29-a çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Hatay valisi Rahmi Doğan məlumat verib.

Bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Beştəpədəki Prezident Administrasiyasında təcili toplantı keçirib.

01:10

İdlibdə Suriya qoşunların aviazərbələri nəticəsində Türkiyə Silahlı Qüvvələrinin doqquz əsgəri şəhid olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Hatay valisi Rahmi Doğan deyib.

"Hücum nəticəsində 9 əsgərimiz şəhid olub. Yaralılarımız var, bəzilərinin vəziyyəti ağırdır. Onları Cilvegözü sərhəd məntəqəsindən Türkiyəyə gətirdik. Müalicələri davam edir", - deyə R.Doğan bildirib.

Milli.Az


Etiketlər:  İdlibdə şəhid olan türk hərbçilərinin sayı 33 ə çatıb YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ