Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2020 12:30
Covid-2019 koronavirusu mis və polad səthlər üzərində 2 saata qədər yaşaya bilər.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, ABŞ-ın Xəstəliklərə Nəzarət və Xəbərdarlıq Mərkəzinin mütəxəssisləri bu qənaətə gəlib.
Kağız və plastik səthlərdə isə virus daha çox müddətdə mövcud ola bilər. Hazırda bununla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hazırda Çində yoluxanların sayı 78,630 nəfər təşkil edir, onlardan 2747 nəfər dünyasını dəyişib.
Dünyada koronavirusa yoluxan insanların ümumi sayı 82 294 nəfər olduğu bildirilib.