Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2020 14:50
Azərbaycanın UEFA reytinqindəki yekun mövqeyi bəlli olub.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunlarından sonra siyahı yenilənib.
Ölkəmiz əvvəlki kimi 26-cı yerdə qərarlaşıb. Son 5 ilin nəticələrinə görə 18,750 xala malik Azərbaycan ən yaxın izləyicisi Bolqarıstandan 1,375 xal öndədir. Ölkəmiz 25-ci olan Belarusdan isə 0,125 xal geri qalıb.
Qeyd edək ki, İspaniya 98,997 xalla siyahıda birincidir.