Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədən Azərbaycana tekstil xammalı ixracı artıb

Türkiyədən Azərbaycana tekstil xammalı ixracı artıb

Tarix: 28 Fevral 2020 15:32

2020-ci ilin yanvarında Türkiyədən Azərbaycana tekstil xammalı ixracı artıb.

Sonxeber.net xəbər verir ki, bu barəd Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ötən ay Türkiyədən Azərbaycana 2,466 milyon dollar məbləğində tekstil xammalı ixrac edilib ki, bu da 2019-cu ilin yanvarı ilə müqayisədə 65,6 faiz çoxdur.

Hesabat dövründə Türkiyə dünya bazarına 673,702 milyon dollar məbləğində tekstil xammalı ixrac edib. Bu göstərici 2019-cu ilin yanvarı ilə müqayisədə 0,28 faiz azdır.


Etiketlər:  Türkiyədən Azərbaycana tekstil xammalı ixracı artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ