Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2020 18:14
Xəstə uşaq olarsa məktəbə buraxmaq lazım deyil.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin yanında operativ qərargahın keçirdiyi brifinqdə Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.
C.İsayev qeyd edib ki, xəstə uşaqların məktəbə aparılmaması hər hansı virusun yayılmasının qarşısının alınmasında mühüm rol oynayır: "Bu, təkcə koronavirusla bağlı deyil, ümumiyyətlə respirator xəstəliklərinin qarşısının alınmasında xəstə uşaqların məktəbə aparılmaması tövsiyə olunur".