Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sabah “Yüksəliş” müsabiqəsinin qabiliyyət üzrə əsas imtahanı keçiriləcək

Sabah “Yüksəliş” müsabiqəsinin qabiliyyət üzrə əsas imtahanı keçiriləcək

Tarix: 29 Fevral 2020 11:30

"Yüksəliş" müsabiqəsində iştirak edən namizədlər sabah qabiliyyət üzrə əsas imtahana qatılacaqlar.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, əsas imtahanda iştirakçılar abstrakt düşüncənin yoxlanılması üzrə 20 suala ümumilikdə 20 dəqiqə, rəqəmsal məlumatlarla işləmək bacarığının yoxlanılması üzrə 18 sualın hər birinə 2 dəqiqə ərzində cavab verməlidirlər. Verbal məlumatlarla işləmək bacarığının yoxlanılması bölməsində 6 mətn və hər mətnə aid 5 sual (cəmi 30 sual) təqdim olunur. Hər mətni oxumaq üçün 2 dəqiqə, hər suala 2 dəqiqə vaxt ayrılır.

Bu mərhələni də uğurla keçən iştirakçılar onlayn mərhələni başa vurmuş sayılır və onları qarşıda əyani mərhələ gözləyir.


Etiketlər:  Sabah Yüksəliş müsabiqəsinin qabiliyyət üzrə əsas imtahanı keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ