Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Fevral 2020 15:08
ABŞ rus-türk münasibətlərini gərginləşdirmək üçün İdlibdəki son olayları fürsət kimi dəyərləndirir.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı ekspert Vladimir Batyuk İdlibdəki son prosesləri şərh edərkən deyib.
"Amerikalılar bu olayları Türkiyə-Rusiya arasında nifaq toxumu səpmək, ən azı razılaşmanı pozmaq üçün fürsət olaraq görürlər. Amerikalılar S-400 razılaşmasından çox narahatdırlar, bunu xarici siyasətin uğursuzluğu kimi qəbul edirlər", - deyə ekspert bildirib.
Batyuk bildirib ki, Vaşinqton Türkiyə-Rusiya yaxınlaşmasının qarşısını almaq üçün müxtəlif hiylələr düşünəcək, lakin proseslərə birbaşa müdaxilə etməyəcək.
Qeyd edək ki, Suriya rejim qüvvələrinin Rusiyanın hava dəstəyi ilə İdlibdə həyata keçirdiyi hücum zamanı 33 türk əsgərinin şəhid olması ciddi gərginlik yaradıb.