Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Fevral 2020 19:16
Ukrayna Premyer Liqasında 20-ci turun oyunları davam edir.
Qol.az-ın məlumatına görə, millimizin futbolçusu Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" səfərdə "Lviv"lə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.
P.Paşayev sözügedən matçda iştirak etməyib. Onun adı iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, "Aleksandriya" hazırda 34 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.