Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“WhatsApp” reklam nümayişinə başlamağı planlaşdırır

“WhatsApp” reklam  nümayişinə başlamağı planlaşdırır

Tarix: 24 May 2019 09:56

"WhatsApp" messencerinin sahibi "Facebook" şirkəti reklam nümayiş etdirməklə sözügedən xidmətdən pul qazanmağı planlaşdırır.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hi-tech.mail.ru" saytına istinadən yazır ki, "WhatsApp" messencerində istifadəçilər üçün statuslarda reklam nümayiş etdirilməsi düşünülür. Bu barədə Rotterdamda keçirilmiş "Facebook Marketing Summit" tədbirinin gedişində xidmətin nümayəndələri məlumat veriblər.

 

"WhatsApp" messencerinin statusları "Instagram" ilə demək olar eynidir və sonuncuda artıq reklam nümayiş etdirilir. Hər iki xidmətdə kommersiya təklifləri eyni cür işləyəcək.

 

Emil Hüseynov




Etiketlər:  WhatsApp reklam nümayişinə başlamağı planlaşdırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ