Tarix: 1 Mart 2020 00:36
İngiltərə Premyer Liqasında 28-ci turun oyunları keçirilir.
Qol.az xəbər verir ki, turun sürpris nəticəsi Uotfordda qeydə alınıb. Şəhətin eyniadlı komandası lider “Liverpul”la qarşılaşıb. Mersisaydlılar gözlənilmədən səfərdə autsayderə 3 cavabsız qolla uduzub.
Mövsümdə ilk məğlubiyyətini alan Yurgen Kloppun komandası Premyer Liqada 44 oyun idi ki, uduzmurdu.
“Uotfodr” – “Liverpul” – 3:0
Qollar: Pereyra, 37, Sarr, 54, 60
Bu nətcidən sonra xalını 27-ə çatdıran "Uotford" 19-cu pillədən 17-ci yerə yüksəlib. "Liverpul" isə 79 xalla ilk pillədədir.