Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Premyer Liqada 19-cu tura yekun vurulur

Premyer Liqada 19-cu tura yekun vurulur

Tarix: 1 Mart 2020 10:12

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulacaq.

Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, sonuncu oyun günündə də iki görüş baş tutacaq.

Öncə "Zirə" doğma meydanda "Qəbələ"ni qəbul edəcək. Qış fasiləsindən sonra uğursuz çıxışı ilə diqqət çəkən bu komandaların dueli maraqla gözlənilir.

Turun qapanış matçında isə "Neftçi" "Səbail"lə münasibətlərinə aydınlıq gətirəcək.

Xatırladaq ki, ilk oyun günündə "Qarabağ" "Sabah"la (0:0), "Sumqayıt" "Keşlə" ilə (2:2) heç-heçəyə razılaşıb.

Azərbaycan Premyer Liqası

XIX tur

"Zirə" - "Qəbələ"

Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Vüqar Bayramov, Rəşad Əhmədov.

Zirə İdman Kompleksinin stadionu, 15:00.

"Neftçi" - "Səbail"

Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Vüqar Həsənli.

Bakı. "Bakcell Arena", 17:00.


Etiketlər:  Premyer Liqada tura yekun vurulur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ